- Çempionlar liqası
- 15:49 30.01.2025
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Sportinq” – “Beşiktaş” matçından öncə qalmaqal yaşanıb.
Corner.az xəbər verir ki, Portuqaliyada keçiriləcək matçdan əvvəl iki komandanın azarkeşləri arasında dava baş verib.
İğtişaşlar nəticəsində “Beşiktaş”ın üç azarkeşi xəstəxanalıq olub. Bu barədə Lissabon polisi məlumat yayıb. Hadisə matçın keçiriləcəyi “Joze Alvalade” stadionunun qarşısında yaşanıb. Davada bütövlükdə 10 “Sportinq”, 16 “Beşiktaş” azarkeşi iştirak edib.
Bu gün keçiriləcək “Sportinq” – “Beşiktaş” matçına saat 00:00-da start veriləcək. Lissabona təxminən 100 “Beşiktaş” tərəfdarının getdiyi bildirilir.