- Çempionlar liqası
- 15:49 30.01.2025
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Donetsk “Şaxtyor”u (Ukrayna) ilə ev oyunu "Real” üçün əlamətdar olub.
Corner.az xəbər verir ki, İspaniya təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin tarixinə 1000 qol vuran ilk komanda kimi düşüb.
Madrid təmsilçisinin yubiley qoluna matçın 14-cü dəqiqəsində Kərim Benzema imza atıb.
39-cu dəqiqədə Ukrayna təmsilçisi hesabda tarazlıq yaratsa da, “Real” 61-ci dəqiqədə növbəti dəfə Benzemanın sayəsində önə keçməyi bacarıb. Benzema bu oyunda dubla imza atmaqla cari mövsümdə ÇL-də 4-cü qolunu vurub, bütövlükdə isə bu mövsüm “Real”da 21 qolda birbaşa iştirak edib.
Benzema indiyə qədər Çempionlar Liqasında 75 qol vurub. O, bu turnirdə azı 75 qol vurmağı bacaran 5 futbolçudan biridir. Fransalı hücumçunu yalnız üç futbolçu qabaqlayır:
Kristiano Ronaldo – 139
Lionel Messi – 123
Robert Levandovski – 81
Kərim Benzema – 75