24 oktyabr 2024. Cümə axşamı

Çempionlar Liqasında gecənin nəticələri


Çempionlar Liqasında gecənin nəticələri

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, ikinci oyun günündə dörd qrup üzrə daha 8 qarşılaşma keçirilib.

A qrupunda “Mançester Siti” doğma meydanda “Brügge”ni, “Leyptsiq” isə PSJ-ni sınağa çəkib. "Şəhərlilər" qələbə qazanıbsa, Paris təmsilçisi səfərdə 1 xalla kifayətlənib.

B qrupunda günün ilk matçı İtaliyada “Milan” doğma meydanda “Portu”nu qəbul edib. İtaliya təmsilçisi bu görüşdə ilk xalını qazanıb. Digər görüşdə “Liverpul” evdə Madrid “Atletiko”sunun müqavimətini qırmağa çalışıb və  inamlı qələbə qazanaraq növbəti mərhələyə vəsiqəni təmin edib.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyada “Sportinq”in qonağı olub. İstanbul klubu bu oyunda da darmadağın olub və qrupdan çıxmaq şanslarını itirib. Qrupun digər matçında Dortmund “Borussiya”sı evdə “Ayaks”ı qəbul edib. Qonaqlar bu oyundan qalib ayrılmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər.

D qrupunda “Real” evdə Donetsk “Şaxtyor”u üzərində əzmkar qələbə qazanıb. “Şerif”in qonağı olan “İnter” də inamlı qələbə qazanıb.

Xatırladaq ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın “Bayern” və İtaliyanın “Yuventus” klubları pley-offa vəsiqəni təmin etmişdilər.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
3 noyabr

A qrupu

“Mançester Siti” (İngiltərə) – “Brügge” (Belçika) 4:1
Qol: Foden, 15. Mahrez, 54. Sterlinq, 72. Q.Jezus, 90+2 – Stounz, 17-öz qapısına.

“Leyptsiq” (Almaniya) – PSJ (Fransa) 2:2
Qol: Nkunku, 8. Soboslai, 90+2-pen – Veynaldum, 21; 39.

Xal durumu: Mançester Siti – 9, PSJ – 8, Brügge – 4, Leyptsiq – 1.

B qrupu

“Milan” (İtaliya) – “Portu” (Portuqaliya) 1:1
Qol: Mbemba, 61-öz qapısına – L.Dias, 6.

“Liverpul” (İngiltərə) – “Atletiko” (Madrid, İspaniya) 2:0
Qol: Jota, 13. Mane, 21.

Xal durumu: Liverpul – 12, Portu – 5, Atletiko – 4, Milan – 1

C qrupu

“Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 4:0
Qol: Pedro, 31; 38. Paulinyo, 41. Sarabiya, 56.

“Borussiya” (Dortmund, Almaniya) – “Ayaks” (Niderland) 1:3
Qol: Roys, 37-pen – Tadiç, 72. Haller, 83. Klaassen, 90+3.

Xal durumu: Ayaks – 12, Borussiya – 6, Sportinq – 6, Beşiktaş – 0.

D qrupu

“Real” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:1
Qol: Benzema, 14; 61 – Fernando, 39.

“Şerif” (Moldova) – “İnter” (İtaliya) 1:3
Qol: Traore, 90+2 – Brozoviç, 54. Şkrinyar, 66. A.Sançes, 82.

Xal durumu: Real – 9, İnter – 7, Şerif – 6, Şaxtyor – 1.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"