27 mart 2026. Cümə

Liverpul 1982-ci il rekordunu təkrarladı


Liverpul 1982-ci il rekordunu təkrarladı

İngiltərənin "Liverpul" klubu özünə məxsus rekordu təkrarlayıb.

Corner.az "Gracenote Live"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi bütün turnirlərdə ardıcıl 25 oyundur uduzmur.

Yurgen Kloppun komandası 17 matçda qələbə qazanıb, 8 qarşılaşma isə heç-heçə edib. "Qırmızılar" noyabrın 7-də İngiltərə Premyer Liqasında XI turun "Vest Hem"lə səfər oyununda uduzmasalar, bu rekordu yeniləyəcəklər.

"Liverpul" son olaraq, 1982-ci ildə ardıcıl 25 görüşdə (20 qələbə, 5 bərabərlik) uduzmayıb.

Qeyd edək ki, "Liverpul" ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda "Atletiko"nu 2:0 hesabı ilə məğlub edib və vaxtından əvvəl pley-offa vəsiqə qazanıb.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"