15 avqust 2026. Şənbə

Nəticəyə görə hamımız məyusuq – Poçettino


Nəticəyə görə hamımız məyusuq – Poçettino

PSJ-nin baş məşqçisi Mauirisio Poçettino Çempionlar Liqasında “Leyptsiq”ə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşün.

Corner.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 2:2 hesabıyla bitən matçı belə şərh edib:

“Oyunumuzdan razı qaldığımı deməyim çətin olar. Nəticəyə görə hamımız məyusuq. 3 xal qazanmaq üçün kifayət qədər şansımız olsa da alınmadı. Ümumilikdə, nəticənin ədalətli olduğunu deyə bilərəm.

Oyunu düzgün təhlil etməli, rəqibin gücünü nəzərə almalıyıq. “Leytpsiq” çox yaxşı komandadır”.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu