30 iyun 2026. Çərşənbə axşamı

Messi ÇL-nın favoritlərini açıqlayıb


Messi ÇL-nın favoritlərini açıqlayıb

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Çempionlar Liqasının əsas favoritlərini açıqlayıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı hücumçu Avropanın ən nüfuzlu klub turnirini qazanmağa təkcə hazırkı komandasının qadir olmadığını bildirib.

"Çoxları düşünür ki, PSJ əsas favoritdir. İnkar etmirəm, kağız üzərində əsas iddiaçılardan biri bizik. Lakin hələ yolun başlanğıcındayıq. Oynamalı və əsl komanda çevrilməliyik. Bu hədəfə çatmaq üçün komandamızda dünyanın ən yaxşı futbolçuları var" deyə argentinalı futbolçu deyib.

O, kubok uğrunda mübarizə aparmağa qadir olan digər komandalarında olduğunu vurğualyıb: "Çempionlar Liqası çox çətin və xüsusi yarışdır. Həmişə burada yalnız ən yaxşılar oynayırlar. Hazırda "Liverpul" çox yaxşıdır və vaxtilə Çempionlar Liqasını qazanmış komandadır. Eyni zamanda, "Real Madrid", "Mançester Siti", "Bavariya" və "Atletiko" var".

Qeyd edək ki, bu mövsüm Lionel Messi PSJ-də 9 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu