27 mart 2026. Cümə

Mançester Yunayted'lə Çelsi pley-offda!


Mançester Yunayted'lə Çelsi pley-offda!
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qrupları üzrə 8 qarşılaşma baş tutub.
 
E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş “Bavariya” Ukraynada Kiyev "Dinamo"sunun qonağı olub və qalib gəlib. “Barselona" isə doğma meydanda “Benfika”nı qəbul edib. Kataloniya təmsilçisi qələbə qazanacağı halda, qrupdan çıxan 2-ci komanda olacaqdı. Ancaq bu görüşdə qapılara qol vurulmayıb.
 
F qrupunda “Mançester Yunayted” İspaniyada "Vilyarreal"ın qonağı olub və inamlı qələbə qazanıb. Qrupun digər matçında “Atalanta” İsveçrədə “Yanq Boyz”un qonağı olub. Qonaqlar bu qarşılaşmada xal itirərsə, "Vilyarreal" - "Mançester Yunayted" görüşünün qalibi sona 1 tur qalmış növbəti mərhələyə adlamağı təmin edəcəkdi. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Nəticədə "Vilyarreal" -"Mançester Yunayted" matçında qələbə qazanan qonaqlar  pley-offa vəsiqəni təmin edib.
 
G qrupunun lideri “Zalsburq” Fransada “Lill”in qonağı olub. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə qazanacaqdı. Lakin görüş Fransa çempionunun qələbəsi ilə yekunlaşıb. “Sevilya” da evdə “Volfsburq” üzərində inamlı qələbəyə sevinib. Bu qrupda bütün suallar son tura qalıb.

H qrupunda “Yuventus”dan sonra “Çelsi” də pley-offa vəsiqəni təmin edib. Bunun üçün "zadəganlar" evdə "Yuventus"a məğlub olmamalı idi. Belə də olub. London klubu görüşdə inamlı qələbə qazanıb. Qrupun digər oyununda “Zenit” İsveçdə "Malmö" ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.
 
Xatırladaq ki, daha öncə “Bayern” və "Yuventus"la yanaşı, İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klubları da pley-offa vəsiqəni təmin etmişdi.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
23 noyabr
 
E qrupu
 
"Dinamo" (Kiyev, Ukrayna) - "Bayern" (Almaniya) 1:2
Qol: Qarmaş, 70 – Levandovski, 14. Koman, 42.

 
"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) 0:0
 
Xal durumu: Bayern – 15, Barselona – 7, Benfika – 5, Dinamo – 1.
 
F qrupu
 
"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) 0:2
Qol: Ronaldo, 78. Sanço, 90.


"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) 3:3
Qol: Sibaço, 39. Syerro, 80. Hefti, 84 – Sapata, 10. Palomino, 51. Muriel, 88.
 
Xal durumu: Mançester Yunayted – 10, Vilyarreal – 7, Atalanta – 6, Yanq Boyz – 4.
 
G qrupu
 
"Lill" (Fransa) - "Zalsburq" (Avstriya) 1:0
Qol: David, 31.

 
"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) 2:0
Qol: Cordan, 13. Mir, 90+7.
 
Xal durumu: Lill – 8, Zalsburq – 7, Sevilya – 6, Volfsburq – 5.
 
H qrupu
 
"Malmö" (İsveç) - "Zenit" (Rusiya) 1:1
Qol: Rieks, 28 – Rakitski, 90+2-pen.

"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) 3:0
Qol: Çaloba, 25. R.Ceyms, 56. Hadson-Odoi, 58. Verner, 90+5.
 
Xal durumu: Çelsi – 12, Yuventus – 12, Zenit – 4, Malmö – 1.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"