30 iyun 2026. Çərşənbə axşamı

Robert Levandovskidən Çempionlar Liqasında yeni rekord


Robert Levandovskidən Çempionlar Liqasında yeni rekord

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Corner.az-ın məlumatına görə, 33 yaşlı hücumçu buna Ukraynada Kiyev "Dinamo"suna 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

14-cü dəqiqədə hesabı açan polşalı oyunçu ikinci dəfə Avropanın bir nömrəli klub turnirində iştirak etdiyi ardıcıl 9 görüşün hamısında fərqlənməyi bacarıb.

Levandovski 2020-ci ilin noyabrından meydana çıxdığı bütün qarşılaşmalarda qol vurub. O, 2019-cu ilin avqustundan 2020-ci ilin avqustunadək olan müddətdə də Çempionlar Liqasının 9 oyununda rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü Rud van Nistelroy və hazırda İngilltərə "Mançester Yunayted"ində oynayan Kriştianu Ronaldu bunu bir dəfə bacarıb.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu