24 oktyabr 2024. Cümə axşamı

Mançester Siti, PSJ, Real və İnter pley-offda!


Mançester Siti, PSJ, Real və İnter pley-offda!

 UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları üzrə daha 8 matç keçirilib.

A qrupunda “Mançester Siti” evdə PSJ ilə qarşılaşıb. “Şəhərlilər” qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Mümkün heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxaracaqdı.Bunun üçün digər matçda “Leyptsiq” Belçikada “Brügge”yə uduzmamalı idi. “Mançester Siti” əzmkar qələbə qazanıbsa, “Leyptsiq” isə səfərdə darmadağınla qalib gəlib. Bu nəticələrdən sonra İngiltərə və Fransa təmsilçiləri növbəti mərhələyə vəsiqəni təmin edib.

B qrupunda pley-offa çıxması rəsmiləşən “Liverpul” doğma meydanda “Portu”nu qəbul edib. “Milan” isə səfərdə Madrid “Atletiko”sunun qonağı olub. Dieqo Simeonenin başçılıq etdiyi komanda evdə uduzsa, “Portu” isə səfərdə “Liverpul”a qalib gəlsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olaraq adını yazdıracaqdı. Amma  “Liverpul” növbəti,  “Milan” isə ilk qələbəsini qazanıb. Nəticədə qrup ikincisinin kimliyi sonuncu turda müəyyənləşəcək.

C qrupunda “Beşiktaş” pley-offa vəsiqəni rəsmiləşdirən “Ayaks”ı qəbul edib. Dörd turdan sonra xalı olmayan “qara qartallar” Avropa Liqasının pley-offuna düşmək üçün vacib qələbə qazanmaqla yanaşı, Portuqaliyada “Sportinq” və Almaniyanın “Borussiya” (Dortmund) klubları arasında oynanılan görüşün nəticəsini gözləməliydi. Bu qarşılaşmada heç-heçə və ya meydan sahiblərinin qələbəsi olacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaqdı.  “Beşiktaş” “Ayaks”la oyunda növbəti məğlubiyyətlə üzləşib. “Sportinq” isə “Borussiya”nı məğlub yola salaraq qrup ikinciliyinə yüksəlib.

D qrupunda “İnter” evdə Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Qrupun digər oyununda isə Madrid “Real”ı Moldovada “Şerif”lə üz-üzə gəlib. Milan və Madrid təmsilçiləri inamlı qələbə qazanaraq pley-offa vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
24 noyabr

A qrupu

“Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya) 0:5
Qol: Nkunku, 12; 90+3. Forsberq, 17; 45+1. A.Silva, 26.

“Mançester Siti” (İngiltərə) – PSJ (Fransa) 2:1
Qol: Sterlinq, 63. Q.Jezus, 76 – Mbappe, 50.

Xal durumu: Mançester Siti – 12, PSJ – 8, Leyptsiq – 4, Brügge – 4.

B qrupu

“Atletiko” (İspaniya) – “Milan” (İtaliya) 0:1
Qol: Messias, 87.

“Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya) 2:0
Qol: Alkantara, 52. Salah, 70.

Xal durumu: Liverpul – 15, Portu – 5, Milan – 4, Atletiko – 4.

C qrupu

“Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland) 1:2
Qol: Gezzal, 22-pen – Haller, 54; 69.

“Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qol: P.Qonçalves, 30; 39. Porro, 81 – Malen, 90+3.

Xal durumu: Ayaks – 15, Sportinq – 9, Borussiya – 6, Beşiktaş – 0.

D qrupu

“İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) 2:0
Qol: Dzeko, 61; 67.

“Şerif” (Moldova) – “Real” (İspaniya) 0:3
Qol: Alaba, 30. Kroos, 45+1. Benzema, 56.

Xal durumu: Real – 12, İnter – 10, Şerif – 6, Şaxtyor – 1.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"