15 avqust 2026. Şənbə

Messi Peleni, Mbappe də Messini geridə qoydu


Messi Peleni, Mbappe də Messini geridə qoydu
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çəərçivəsində baş tutan “Brügge” (Belçika) ilə oyun PSJ-nin (Fransa) hücumçusu Lionel Messi üçün əlamətdar olub. Corner.az xəbər verir ki, argentinalı futbolçu bu oyunda dubla imza atmaqla karyerası ərzində vurduğu qolların sayını 758-ə çatdırıb.
 
34 yaşlı futbolçu qol sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleni geridə qoyub. Əfsanəvi oyunçunun aktivində 757 qol var.
 
Messi qitənin ən nüfuzlu klub turnirində məyus etdiyi komandaların sayını da 38-ə çatdırıb. Argentinalı futbolçu bu göstərici ilə "Mançester Yunayted"in portuqaliyalı hücumçu Kriştiano Ronaldonun rekordunu yeniləyib.
 
"Brügge" ilə qarşılaşmada dubl edən PSJ-nin digər hücumçusu Kilian Mbappe də yeni rekorda imza atıb. Fransalı hücumçu ÇL-də 30 qol vuran ən gəc futbolçu ünvanını ələ keçirib. 22 yaş 352 günlüyündə buna nail olan forvard, Messinin (23 yaş 131 günlük) rekordunu yeniləyib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu