25 aprel 2026. Şənbə

Ayaks'ın futbolçusu Ronaldonun rekordunu təkrarladı


Ayaks'ın futbolçusu Ronaldonun rekordunu təkrarladı

Niderlandın "Ayaks" klubunun futbolçusu Sebastyen Alle "Mançester Yunayted"də çıxış edən Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsindəki bütün matçlarda fərqlənməklə nail olub.

Fransalı futbolçu son olaraq evdə Portuqaliyanın "Sportinq" komandasına 4:2 hesabı ilə qalib gəldikləri VI tur görüşündə hesabı açıb. O, hazırkı mövsümdə 10 qolla yarışın bombardiridir.

Qeyd edə ki, "Ayaks" C qrupunu 18 xalla birinci pillədə başa vurub və bütün görüşlərdə qələbə qazanmaqla Niderland futbolu tarixində ilkə imza atıb.







Çempionlar liqası