15 avqust 2026. Şənbə

Barselona ilə oyuna 3 ciddi itki ilə


Barselona ilə oyuna 3 ciddi itki ilə
“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Barselona” ilə qarşılaşacaq. Corner.az xəbər verir ki, Münhen təmsilçisi sözügedən oyunda Serj Qnabri, Leon Qoretska və Erik Şupo-Motinqin köməyindən istifadə edə bilməyəcək.
 
Bu barədə “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann yerli mətbuata açıqlamasında deyib. Qoretska komandayla məşqlərə yeni başlayıb və hələ tam hazır deyil. Qnabrinin əzələsində, Erikin isə səhhətində problem var.
 
Bu gün keçiriləcək “Bavariya” – “Barselona” matçına saat 00:00-da start veriləcək.






Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu