Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində bu gün İtaliyada keçirilməli olan “Atalanta” – “Vilyarreal” matçı təxirə salınıb. Corner.az xəbər verir ki, buna səbəb Berqamoya güclü qar yağması olub.
Daha öncə qarşılaşmanın bir qədər gecikmə ilə bu gün baş tutacağı açıqlanmışdı. Lakin UEFA matçın təxirə salınması ilə bağlı qərar verib. Qurumun mətbuat xidmətinin məlumatına görə, bu görüşün nə vaxt keçiriləcəyinə ən qısa zamanda açıqlanacaq.
“Atalanta” – “Vilyarreal” matçına Bakı vaxtı ilə saat 00:00-da start verilməli idi.