24 oktyabr 2024. Cümə axşamı

Barselona ÇL-la vidalaşdı! - 20 il sonra ...


Barselona ÇL-la vidalaşdı! -  20 il sonra ...

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulmalı idi. Corner.az xəbər verir ki, sonuncu oyun günündə E, F, G və H qrupları üzrə daha 8 qarşılaşmanın keçirilməsi nəzərdə tutulmuşdu. Lakin oyunlardan biri əlverişsiz hava şəraiti üzündən təxirə salınıb.

Gecənin ən maraqlı matçı E qrupunda baş tutub. Növbəti mərhələyə vəsiqəni təmin edən “Bavariya” doğma meydanda ikinci yer uğrunda mübarizə aparan “Barselona”nı qəbul edib. Qrupun digər oyununda “Benfika” doğma meydanda Kiyev “Dinamo”sunu sınağa çəkib. Lissabon təmsilçisi bu görüşdə xal itirəcəyi təqdirdə, kataloniyalılar öz oyununun nəticəsindən asılı olmayaraq mərhələ adlayacaqdılar. Xallar bərabər olarsa isə “Benfika” 1/8 finala, “Barselona” isə Avropa Liqasına yollanacaqdı. Lakin Kataloniya təmsilçisi səfərdə böyük hesabla məğlub olubsa, Portuqaliya klubu inamlı qələbə qazanıb. Beləliklə, “Benfika” qrup ikinciliyini təmin edib, “Barselona” 20 il sonra ÇL-la vidalaşıb.

F qrupunda 1/8 finala çıxması dəqiqləşən “Mançester Yunayted” doğma meydanda “Yanq Boyz”u qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Vilyarreal” isə İtaliyada “Atalanta” ilə qarşılaşmalı olsa da, bu görüş güclü qar səbəbindən təxirə salınıb.

G qrupunda “Sevilya” Avstriyada “Zalsburq”la, “Lill” isə Almaniyada “Volfsburq”la qarşılaşıb. 4 komandanın hər birinin növbəti mərhələ şansları qaldığından bütün suallara bu turda bəlli olub. Bundesliqa və La Liqa təmsilçiləri yalnız qələbə qazanacaqları təqdirdə 1/8 finala yüksələ bilərdilər. Avstriya və Fransa klublarını isə heç-heçə də qane edirdi. “Zalsburq” evdə, “Lill” isə səfərdə qələbəyə sevinib. Bununla da Fransa çempionu qrup birincisi olubsa, Avstriya təmsilçisi ikinci yerlə 1/8 finala yüksəlib.

H qrupunda “Yuventus” “Malmö”nü, “Çelsi” isə “Zenit”i sınağa çəkib. Burada həm 1/8 finalın, həm də Avropa Liqasının pley-off mərhələsinin iştirakçıları müəyyənləşdiyi üçün əsas mübarizə qrup liderliyi uğrunda olub. “Çelsi” xal itirdiyi gündə, minimal hesabla qələbə qazanan “Yuventus” qrup mərhələsini birinci yerdə başa vurub.

Daha öncə Fransanın PSJ, İngiltərənin “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted” və “Çelsi”, Niderlandın “Ayaks”, Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” və “Atletiko” (Madrid), Almaniyanın “Bayern”, İtaliyanın “İnter” və “Yuventus” klubları 1/8 vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 6-cı tur
8 dekabr

E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 2:0
Qol: Yaremçuk, 16. Jilberto, 22.

“Bayern” (Almaniya) – “Barselona” (İspaniya) 3:0
Qol: Müller, 34. Sane, 43. Musiala, 62.

Xal durumu: Bayern – 18, Benfika – 8, Barselona – 7, Dinamo – 1.

F qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) 1:1
Qol: Qrinvud, 9 – Rider, 42.

“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) matçı təxirə salınıb

Xal durumu: Mançester Yunayted – 11, Vilyarreal – 7, Atalanta – 6, Yanq Boyz – 5.

G qrupu

“Zalsburq” (Avstriya) – “Sevilya” (İspaniya) 1:0
Qol: Okafor, 50.

“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) 1:3
Qol: Şteffen, 89 – B.Yılmaz, 11. David, 72. Qomes, 78.

Xal durumu: Lill – 11, Zalsburq – 10, Sevilya – 6, Volfsburq – 5.

H qrupu

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) 1:0
Qol: M.Kin, 18.

“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) 3:3
Qol: Klaudinyo, 38. Azmun, 41. Yeroxin, 90+4 – Verner, 2; 85. Lukaku, 62.

Xal durumu: Yuventus – 15, Çelsi – 13, Zenit – 4, Malmö – 1.







Çempionlar liqası

Zappakosta ÇL-da rekorda imza atıb
  • Çempionlar liqası
  • 23:48 23.10.2024
Zappakosta ÇL-da rekorda imza atıb
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
  • Çempionlar liqası
  • 23:22 23.10.2024
ÇL:"Atalanta" "Seltik"lə bacarmadı
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
  • Çempionlar liqası
  • 23:19 23.10.2024
ÇL:"Bayer" səfərdə "Brest"lə heç-heçə edib
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"