15 avqust 2026. Şənbə

Çempionlar Liqasının oyunu öncəsi 54 azarkeş saxlanıldı - FOTO


Çempionlar Liqasının oyunu öncəsi 54 azarkeş saxlanıldı - FOTO

Portuqaliya polisi "Benfika"nın Ukraynanın "Dinamo" (Kiyev) klubuna qarşı keçirdiyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı  tur oyunundan əvvəl 54 azarkeşi saxlayıb.

Corner.az RTP nəşrinə istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl hər iki komanda fanatları arasında qarşıdurma baş verib.

Polis münaqişəyə müdaxilə etməyə məcbur qalıb. Saxlanılanlardan əlavə 12 nəfər polisin nəzarəti altında xəstəxanaya aparılıb.

"Bizə daşlar, butulkalar və məşəllər atılarkən polis olaraq müdaxilə etmək üçün havaya atəş açmağa məcburiyyətində qaldıq", - deyə polisdəki məndə bildirib.








Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu