15 avqust 2026. Şənbə

ÇL: 1/8 final mərhələsinin püşkü yenidən atılacaq


ÇL: 1/8 final mərhələsinin püşkü yenidən atılacaq

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrarlanacaq.

Corner.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb təşkilatçıların püşkatma zamanı kobud səhvə yol verməsidir. Püşkatma zamanı qeydə alınan problemlərə gəlincə, əvvəlcə “Vilyarreal"ın (İspaniya) rəqibləri arasında "Mançester Yunayted" (İngiltərə) şarı qoyulub. Əslində isə bu komandalar qrup mərhələsi zamanı eyni qrupda yer aldığından, bir-biri ilə düşmələri mümkün deyildi.

 
"Vilyarreal"ın rəqibləri arasında "Liverpul" (İngiltərə) şarı qoyulmayıb. Əvəzində "Atletiko"nun (İspaniya) rəqibləri arasında "Liverpul" şarı qoyulub. Halbuki, bu da mümkün deyildi və "Atletiko"nun rəqibləri arasında "Mançester Yunayted" şarı qoyulmamışdı.

Tədbir bu gün Bakı vaxtı ilə saat 18:00-da yenidən keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu