27 mart 2026. Cümə

ÇL-da 1/8 finalın püşkü atıldı


ÇL-da 1/8 finalın püşkü atıldı
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Corner.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub. Saat 15:00-da təşkil olunmuş ilk püşkatmanın nəticələri etibarsız hesab olunduğundan, mərasim yenidən baş tutub.
 
Püşkatmada qrup mərhələsini adlamış 16 komanda iştirak edib. Qrup qalibləri səpələnmişlər, ikinci yerin sahibləri səpələnməmişlər səbətində yer alıb. Səpələnməmişlər qrupunda yer alan komandalar ilk matçlarına səfərdə çıxacaqlar. Eyni qrupda oynamış, eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
 
1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq.
 
UEFA Çempionlar Liqası
1/8 final
 
Zalsburq (Avstriya) - Bayern (Almaniya)
Sportinq (Portuqaliya) - Mançester Siti (İngiltərə)
Benfika (Portuqaliya) – Ayaks (Niderland)
Çelsi (İngiltərə) – Lill (Fransa)
Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə)
Vilyarreal (İspaniya) – Yuventus (İtaliya)
İnter (İtaliya) - Liverpul (İngiltərə)
PSJ (Fransa) - Real (İspaniya)






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"