15 may 2026. Cümə

AL-sı və ÇL-da da qrup mərhələsinin ən yaxşı qolları bilindi


AL-sı və ÇL-da da qrup mərhələsinin ən yaxşı qolları bilindi
Futbol üzrə UEFA Çempionlar Liqasında və Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu bəlli olub.

Corner.az xəbər verir ki, ÇL-da Fransanın PSJ klubunun hücumçusu Lionel Messinin “Mançester Siti” (İngiltərə) ilə ev oyununda (2:0) vurduğu qol ən yaxşı seçilib. 
 
Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. 34 yaşlı futbolçunun qolu 22 faiz səs toplayıb.
 
Avropa Liqasında isə Şotlandiyanın “Seltik” klubunun futbolçusu Kyoqo Furuhaşinin “Ferentsvaroş”la (Macarıstan) ev oyununda (2:0) vurduğu qol  birinci yerə layiq görülüb. Sorğuda iştirak etmiş azarkeşlərin 43 faizi məhz bu futbolçunun qolunu ən yaxşı hesab ediblər.






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"