14 noyabr 2026. Şənbə

Bizim üçün önəmli oyundur - Klopp


Bizim üçün önəmli oyundur - Klopp

"Çox istəkliyik. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk matçı evimizdə oynayacağıq. Yaxşı nəticə əldə etmək istəyirik. Bizim üçün önəmli oyundur".

Corner.az-ın məlumatına görə, bu sözləri "Liverpool"un baş məşqçisi Jurgen Klopp Çempionlar Liqasının 1/4 finalında "Porto" ilə ilk oyun öncəsi deyib.

"Çempionlar Liqasında dalbadal ikinci mövsümümüzü keçiririk.  Biz ardıcıl 3 mövsüm kuboku qazanan "Real" deyilik. Rəqabət aparmağı sevirik və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik" - deyə o bildirib.

Almaniyalı mütəxəssis Portuqaliya təmsilçisi haqda müsbət fikirlər səsləndirib: "Porto"ya hörmət etməliyik. Bu, çox təcrübəli və güclü komandadır. Onlarla yenidən oynamaqdan məmnunuq. Ötən il 5:0 hesablı qələbə qazandığımızda daha bura gəlməyəcəyimizi düşündüm. Amma yenidən onlarla qarşılaşdıq. Məşqlərdə ciddi hazırlaşırıq. Bu mövsüm kitabımızda yeni səhifə açmaq istəyirik".

Qeyd edək ki, "Liverpool" - "Porto" görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(qol.az)







Çempionlar liqası

PSJ Çempionlar Liqasının əsas favoritidir
  • Çempionlar liqası
  • 23:03 05.11.2026
PSJ Çempionlar Liqasının əsas favoritidir
Halanddan Çempionlar Liqasında unikal göstərici
  • Çempionlar liqası
  • 02:19 05.11.2026
Halanddan Çempionlar Liqasında unikal göstərici
“Brügge” səfərdə PSV-ni məğlub etdi
  • Çempionlar liqası
  • 02:13 05.11.2026
“Brügge” səfərdə PSV-ni məğlub etdi
“Portu” “Napoli”ni darmadağın etdi
  • Çempionlar liqası
  • 02:09 05.11.2026
“Portu” “Napoli”ni darmadağın etdi