31 yanvar 2026. Şənbə

"Tottenham" təkcə Kane'dən ibarət deyil" - Guardiola


"Tottenham" təkcə Kane'dən ibarət deyil" - Guardiola

"Tottenham" bizə qarşı həmişə aqressiv oynayır. Onlar böyük ehtimalla bu matçda da pressinq edəcək. Amma bizə buna qarşı hazırlaşacağıq. Komandam sübut etdi ki, hər üç gündən bir də oynamaq gücünü malikdir. Buna görə hazırda bu mərhələdəyik".

Corner.az-ın məlumatına görə, bu sözləri "Manchester City"nin baş məşqçisi Pep Guardiola Çempionlar Liqasının 1/4 finalında "Tottenham"la ilk oyun öncəsi deyib. "Tottenham" təkcə Kane'dən ibarət deyil. Bu komanda güclüdür. Futbolçular fiziki cəhətdən güclüdür. Bu heyət möhtəşəmdir. Onlar haqda dəfələrlə danışmışam" - deyə o bildirib.

Tərübəli mütəxəssis komandanın zədəsini yeni sağaldan futbolçuları haqda da danışıb: "Aguero özünü yaxşı hiss edir. O, komanda ilə məşqlərdə iştirak edir. Walker və Mendy də bərpa olub. Böyük ehtimalla meydanda olacaqlar".

Qeyd edək ki, "Tottenham" - "Manchester City" görüşü bu gün  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”