14 may 2026. Cümə axşamı

“Bu oyun Messi-Pogba mübarizəsi olacaq” – İbrahimovic


“Bu oyun Messi-Pogba mübarizəsi olacaq” – İbrahimovic

Hazırda “Los Angeles Galaxy”də oynayan Zlatan İbrahimovic, Çempionlar Liqasının 1/4  final mərhələsi çərçivəsində keçiriləcək “Manchester United” – “Barcelona” matçı ilə bağlı maraqlı açıqlama verib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki komanda da oynayan futbolçu, matçda Messi-Pogba mübarizəsinin olacağını bildirib: “İki güclü komanda arasında çox maraqlı oyunun olacağını düşünürəm.Böyük keçmişi olan iki klubun qarşılaşmasını izləmək hər zaman insana zövq verir. Həm “Barcelona”da, həm də “Manchester United”də yaxşı futbolçular var.Messi hər oyunda fərq yarada bilir, Pogba da bunu bacarır. Bu oyun Messi-Pogba mübarizəsi olacaq”.

Qeyd edək ki, 37 yaşlı futbolçu 2009-2010-cu illər “Barcelona”da2016-2018-ci illər isə “Manchester United”də forma geyinib.








Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"