14 may 2026. Cümə axşamı

Messi növbəti oyunu buraxacaq


Messi növbəti oyunu buraxacaq

“Barcelona” klubunun futbolçusu Lionel Messi zədələnib.

Corner.az-ın məlumatına görə, argentinalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Manchester United”lə ilk oyunda xəsarət alıb.Meydan sahiblərinin müdafiəçisi Chris Smallinglə toqquşmadan sonra L.Messinin üzü qanayıb. Həkimlərin müdaxiləsindən sonra futbolçu oyunu başa çatdıra bilib.

31 yaşlı futbolçu bu gün müayinədən keçəcək. Onun burun çəpərində çat olması ehtimal edilir.

İspaniya mətbuatı L.Messinin aprelin 13-də La Liqanın “Huesca” ilə qarşılaşmanı buraxacağı bildirir.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"