30 iyun 2026. Çərşənbə axşamı

PSJ Veynalduma ehtiyac duymadı


PSJ Veynalduma ehtiyac duymadı

PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Corner.az xəbər verir ki, heyətdə yarımmüdafiəçi Corcinyo Veynalduma yer verilməyib.

Paris klubu mövsümün əvvəlində “Liverpul”dan heyətinə qatdığı 31 yaşlı futbolçunu “Real”la oyunlar üçün UEFA-ya sifariş etməyib.

Niderlandlı futbolçu bu mövsüm PSJ ilə 25 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

PSJ ilə “Real” arasındakı ilk matç fevralın 16-da, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu