27 mart 2026. Cümə

Poçettinodan Neymarla bağlı açıqlama


Poçettinodan Neymarla bağlı açıqlama
PSJ-nin baş məşqçisi Maurisio Poçettino komandayla məşqlərə başlayan Neymarla bağlı açıqlama verib. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı mütəxəssis, 30 yaşlı hücumçunun Çempionlar Liqasında “Real”a qarşı oynayıb-oynamayacağının dəqiq olmadığını deyib:
 
“Neymar yaxşıdır, lakin zədədən yeni qayıtdığı üçün Liqa 1-də “Renn”lə matçda çıxış etməyəcək. Onun “Real”la oyunda oynayıb-oynamayacağı isə hələki dəqiq bilinmir. 
 
Hər oyunçu belə vacib matçlarda oyanamaq istəyir. Lakin onlar zədələrini də nəzərə almalıdırlar. Fiziki durumu istədiyimiz vəziyyətdə olarsa, “Real”la matçda oynada bilərik”.
 
PSJ ilə “Real” arasındakı ilk matç fevralın 15-də, Fransada olacaq. Cavab matçı isə bir həftə sonra Madriddə keçiriləcək.






Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"