30 iyun 2026. Çərşənbə axşamı

Real'a Benzema'dan şad xəbər


Real'a Benzema'dan şad xəbər

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema səfərdə PSJ-yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. İtaliyalı mütəxəssis 34 yaşlı hücumçunun komanda ilə birlikdə Parisə gedəcəyini bildirib.

Görüş fevralın 15-də "Park de Prens" stadionunda baş tutacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 9-da olacaq.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu