1 oktyabr 2026. Cümə axşamı

Benzema ilə Mendi hazırdır


Benzema ilə Mendi hazırdır

“Real”ın hücumçusu Kərim Benzema və müdafiəçi Ferland Mendi Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununda komandalarına kömək edə biləcək.

Corner.az “RMC Sport”a istinadən xəbər verir ki, zədələrini tam sağaldan sözügedən futbolçular oyuna start 11-likdə başlayacaq.

Benzema və Mendi əzələ zədələri səbəbindən yanvarın 23-dən bu yana yaşıl meydanlar uzaq qalmışdı. Buna baxmayaraq, onlar “Real”ın Parisdəki oyun üçün iştirak ərizəsinə salınıblar.

PSJ – “Real” matçı bu gün, saat 00.00-da start götürəcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”