23 oktyabr 2024. Çərşənbə

Messi bu gecə əla oyun göstərəcək ...


Messi bu gecə əla oyun göstərəcək ...

PSJ-nin müdafiəçisi Markinyos Çempionlar Liqasının 1/8 finalının “Real”la oyununda Lionel Messinin çıxışı ilə bağlı gözləntilərini bölüşüb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, Messidən “Real”la qarşılaşmada gözəl oyun gözlədiklərini bildirib:

“Ümid edirəm ki, Messi “Real”la matçda həlledici töhfəsini verəcək, komandamızın qalib gəlməsində kömək payı olacaq. Hamımız hərkəs kimi Messinin gözəl oyun göstərəcəyini gözləyirik. Komanda olaraq ona güvən qazanmağa kömək edəcəyik.

Messi həyatında bir çox dəyişikliklərdən keçməli oldu. Artıq indi o, sakitləşib, Fransaya, Liqa 1-ə, PSJ-yə öyrəşməyə başlayıb. Ümid edirəm ki, Messi bu gecə əla oyun göstərəcək”.

PSJ – “Real” matçı bu gün, saat 00.00-da start götürəcək.







Çempionlar liqası

“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
  • Çempionlar liqası
  • 16:20 23.10.2024
“Səhvimi etiraf edirəm, bəhanə axtarmıram"
"PSJ qələbəyə layiq idi"
  • Çempionlar liqası
  • 12:48 23.10.2024
"PSJ qələbəyə layiq idi"
Anridən Mbappeyə xəbərdarlıq
  • Çempionlar liqası
  • 12:25 23.10.2024
Anridən Mbappeyə xəbərdarlıq
Ançelotti Rodriqonun zədəsindən danışdı
  • Çempionlar liqası
  • 10:53 23.10.2024
Ançelotti Rodriqonun zədəsindən danışdı
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
  • Çempionlar liqası
  • 10:10 23.10.2024
"Vinisius "Qızıl top"u qazanacaq, ancaq..."
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
  • Çempionlar liqası
  • 09:55 23.10.2024
 “Rəqibimizdən daha yaxşı idik, amma..."
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər