1 fevral 2026. Bazar günü

PSJ Real'a qalib gəldi, Mançester Siti'dən darmadağın


PSJ Real'a qalib gəldi, Mançester Siti'dən darmadağın

 UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqlı matçı Fransada baş tutub. PSJ doğma meydanda “Real”ı qəbul edib. Görüş Paris təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qələbə qolunu Kilian Mbappe qeyd edib.

Gecənin digər oyununda İngiltərənin “Mançester Siti” klubu Portuqaliyada “Sportinq”in qonağı olub.“Şəhərlilər” görüşdən 5 cavabsız qolla  ayrılıb.

1/8 finalın digər oyunları fevralın 16-da, 22-də və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
15 fevral

PSJ (Fransa) – “Real” (İspaniya) 1:0
Qol: K.Mbappe, 90+4.
Matçın 61-ci dəqiqəsində PSJ-nin hücumçusu L.Messi penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Daniele Orsato (İtaliya).

“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) 0:5
Qol: Mahrez, 7. B.Silva, 17; 44. Foden, 32. Sterlinq, 58.
Baş hakim: Srcan Yovanoviç (Serbiya).







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”