15 avqust 2026. Şənbə

Messi Çempionlar Liqasında antirekordu təkrarladı


Messi Çempionlar Liqasında antirekordu təkrarladı

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasında penalti antirekordunu təkrarlayıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı hücumçu 1/8 final mərhələsinin ilk oyununda İspaniyanın "Real" klubuna qarşı görüşün 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Turnirdə 23 dəfə penalti yerinə yetirən argentinalı futbolçu  5-ci dəfə uğursuzluqla üzləşib. Beləliklə, Messsi "Arsenal" və "Barselona"nın sabiq oyunçusu Tyerri Anriyə çatıb.

Karyerasını başa vurmuş oyunçulardan Serxio Aquero və Rud van Nistelroy Çempionlar Liqasında 4 dəfə penaltini boşa verib.

Qeyd edək ki, PSJ "Real Madrid"i 1:0 hesabı ilə məğlub edib. Komandalar arasındakı cavab qarşılaşması bir həftə sonra Madriddə olacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu