15 avqust 2026. Şənbə

Liverpul bir neçə ay əvvəlki komanda deyil


Liverpul bir neçə ay əvvəlki komanda deyil

İtaliyalı mütəxəssis Fabio Kapello Çempionlar Liqasının 1/8 finalının “İnter” – “Liverpul” oyunu haqda fikirlərini bildirib.

Corner.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, 75 yaşlı mütəxsəssis, “Liverpul”un əvvəlki qədər güclü olmadığını deyib:

“Hazırkı “Liverpul” bir neçə ay əvvəlki komanda deyil. Baş məşqçi Yurgen Klopp bu komandanın onun ən güclü komandası olduğunu deyir? Yaxşı… Təbii ki, deyəcək, ondan başqa nəsə söz gözləyirsiz?

Son zamanlar “Liverpul”un qapıçısı hər matçda ən yaxşı oyunçuya çevrilir. Bu, onların necə müdafiə olunduğuna daha aydın şəkildə deyir”.

Bu gün keçiriləcək “İnter” – “Liverpul” oyunu saat 00.00-da start götürəcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu