1 fevral 2026. Bazar günü

Liverpul İnter'ə qalib gəldi, Bavariya'dan heç-heçə


Liverpul İnter'ə qalib gəldi, Bavariya'dan heç-heçə

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçirilib. Corner.az xəbər verir ki, gecənin ən maraqlı görüşü İtaliyada baş tutub.

Son ölkə çempionu “İnter” doğma meydanda İngiltərənin “Liverpul” klubunu qəbul edib. Polşalı FİFA referisi Şimon Marçinyakın idarə etdiyi oyunda qonaqlar inamlı qələbə qazanıb.

Gecənin digər oyununda Almaniya “Bavariya”sı Avstriyada “Zalsburq"un qonağı olub. İngiltərəli Maykl Oliverin idarə etdiyi bu oyunda isə qalib müəyyənləşməyib.

1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya “Real”ını 1:0, İngiltərə “Mançester Siti”si isə Portuqaliyada “Sportinq”i 5:0 hesabı ilə yenib. Bu raundun digər görüşləri fevralın 22-də və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
16 fevral

“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:2
Qol: Firmino, 75. Salah, 83.
Baş hakim: Şimon Marçinyak (Polşa)

“Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya) 1:1
Qol: Adamu, 21 – Koman, 90.
Baş hakim: Maykl Oliver (İngiltərə).







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”