- Çempionlar liqası
- 15:49 30.01.2025
İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.
Corner.az-ın məlumatına görə, 29 yaşlı hücumçu buna İtaliyada "İnter"ə 2:0 hesabı ilə qalib gəldikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.
83-cü dəqiqədə komandasının ikinci qolunu vuran misirli futbolçu qitənin bir nömrəli klub turnirində 50-ci görüşündə 33-cü dəfə fərqlənib. Salah bu göstəriciyə görə yalnız iki oyunçudan geri qalır.
Almaniya "Bavariya"sında çıxış edən Robert Levandovski 50-ci matçında 36, hazırda İngiltərə "Mançester Yunayted"ində oynayan Kriştiano Ronaldo isə 51-ci qolunu vurmuşdu.
Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm "Liverpul"da bütün turnirlərdə 29 oyuna çıxıb, 24 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.