1 fevral 2026. Bazar günü

Liverpul'un futbolçusu 800-cü matçına çıxdı


Liverpul'un futbolçusu 800-cü matçına çıxdı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubu ilə ilk matç “Liverpul”un futbolçusu Ceyms Milner üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu görüşün 86-cı dəqiqəsində meydana daxil olmaqla karyerasında 800-cü oyuna çıxıb. O, “Liverpul”da 275, "Mançester Siti"də 203, "Nyukasl"da 136, "Aston Villa"da 126, “Lids”də 54, “Suindon Taun”da isə 6 oyun keçirib.
 
Hesablamalara görə, ingilis futbolçu 20 illik peşəkar karyerası ərzində mövsümdə orta hesabla 40 matça çıxır.
 
“Liverpul” “İnter”ə 2:0 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab oyunu martın 8-də İngiltərədə baş tutacaq.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”