3 avqust 2026. Bazar ertəsi

Yurgen Klopp'dan ÇL-da ilk


Yurgen Klopp'dan ÇL-da ilk
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın “İnter” komandası ilə ilk matç “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub. 
 
Corner.az xəbər verir ki, 54 yaşlı mütəxəssisin komandası bu görüşdə 2:0 hesablı qalib gəlməsi onun ÇL-də 50-ci qələbəsi olub. O, qitənin ən nüfuzlu klub turnirində 50 qələbə səddinə çatan ilk almaniyalı mütəxəssisə çevrilib. 
 
Bütövlükdə isə Klopp ÇL-də ən çox qalib gələn çalışdırıcılar arasında 8-ci yerə yüksəlib. Bu göstəricidə rekord “Mançester Yunayted”in keçmiş baş məşqçisi Aleks Feryussona məxsusdur (102 qələbə). Karlo Ançelotti 2-ci (94), Pep Qvardiola 3-cü (91), Arsen Venger 4-cü (86), Joze Mourinyo 5-ci (81), Lui van Qal 6-cı (57), Rafael Benites isə 7-cidir (53). 
 
“Liverpul” və “İnter” arasındakı cavab matçı martın 8-də İngiltərədə keçiriləcək.






Çempionlar liqası

"İlk qələbə bizi cüzi favorit edir"
  • Çempionlar liqası
  • 20:25 27.07.2026
"İlk qələbə bizi cüzi favorit edir"
"Fənərbağça"nın taleyini Taliska həll etdi
  • Çempionlar liqası
  • 00:06 22.07.2026
"Fənərbağça"nın taleyini Taliska həll etdi
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi
  • Çempionlar liqası
  • 22:00 21.07.2026
"Sabah" "KuPS"u minimal hesabla məğlub etdi