27 mart 2026. Cümə

ÇL-nın final oyunu Rusiyadan alına bilər


ÇL-nın final oyunu Rusiyadan alına bilər
UEFA Çempionlar Liqasının final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən alına bilər. Corner.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna Rusiya və Ukrayna arasındakı münaqişə səbəb göstərilir.
 
Çempionlar Liqasının finalına ev sahibliyi etmək 70 milyon avroya başa gəlir. “Qazprom Arena”ya əsas alternativ İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionu göstərilir.
 
UEFA-nın lazım gələrsə, fövqəladə hallar planı hazırlamaqdan ötrü Ukrayna böhranını yaxından izlədiyi bildirilir.
 
Ötən mövsüm Çempionlar Liqasının finalı oyuna üç həftə qalmış Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyanın Portu şəhərinə verilmişdi.
 
Cari mövsümün final matçı mayın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"