15 avqust 2026. Şənbə

Çelsi'dən qələbə, Yuventus səfərdən heç-heçə ilə dönür


Çelsi'dən qələbə, Yuventus səfərdən heç-heçə ilə dönür

UEFA Çempionlar Liqasında pley-offun növbəti oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki oyun keçirilib.

Turnirin son qalibi “Çelsi” doğma meydanda Lill”i qəbul edib. London klubu Fransa çempionu ilə ilk oyunda da inamlı qələbə qazanıb.

Tarixində ikinci dəfə pley-offda çıxış edən “Lill” 2006/07 mövsümündə İngiltərənin digər təmsiçisi “Mançester Yunayted” səddini keçə bilməmişdi. 

Gecənin digər qarşılaşmasında “Vilyarreal” doğma meydanda “Yuventus”la üz-üzə gəlib. Bu, komandaların avrokuboklarda ilk duelidir. Oyunda hesabı Turin təmsilçisi açsa da İspaniya təmsilçisi ikinci hissədə məğlubiyyətdən xilas ola bilib. Və qarşılaşma bərabərliklə yekunlaşıb.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
22 fevral

Çelsi (İngiltərə) – Lill (Fransa) 2:0
Qol: Haverts, 8. Pulişiç, 63.

Vilyarreal (İspaniya) – Yuventus (İtaliya) 1:1
Qol: Parexo, 66 – Vlahoviç, 1.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu