15 may 2026. Cümə

Yuventus'un futbolçusundan ÇL-da yeni uğur


Yuventus'un futbolçusundan ÇL-da yeni uğur

İtaliyanın "Yuventus" klubunun futbolçusu Duşan Vlahoviç UEFA Çempionlar Liqasında yeni uğura imza atıb.

Corner.az-ın məlumatına görə, 22 yaşlı hücumçu şəxsi uğurunu səfərdə "Vilyarreal"la 1:1 hesablı heç-heçə etdikləri 1/8 final mərhələsinin ilk oyununda gerçəkləşdirib.

 Serbiyalı futbolçu 33-cü saniyədə fərqlənərək turnirdəki debüt matçında ən erkən ikinci qolun müəllifi kimi tarixə düşüb.

Daha əvvəl ukraynalı Yevgeni Konoplyanka 2015-ci ildə İspaniya "Sevilya"sında çıxış edərkən 84-cü dəqiqədə oyuna çıxdıqdan 19 saniyə sonra topu rəqib qapısından keçirib. Forvard Almaniyanın "Borussiya" (Mönxenqladbax) komandasına 3:0 hesabı ilə qalib gəldikləri I tur görüşündə sonuncu qola imza atıb.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"