27 mart 2026. Cümə

Atletiko'dan evdə, Ayaks'dan səfərdə heç-heçə


Atletiko'dan evdə, Ayaks'dan səfərdə heç-heçə

UEFA Çempionlar Liqasında pley-off oyunları davam edir. Corner.az xəbər verir ki, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki oyun baş tutub.

“Mançester Yunayted” səfərdə “Atletiko”nun qonağı olub. Hesabı meydan sahibləri açsa da, “qırmızı şeytanlar” son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olmağı bacarıblar.

“Benfika” isə doğma meydanda “Ayaks”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda da qalib müəyyənləşməyib.

Bu gün keçirilən oyunlarla 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Qeyd edək ki, 1/8 finalın əvvəlki oyunlarında İngiltərənin “Mançester Siti” klubu Portuqaliyada “Sportinq"i, PSJ evdə “Real”ı, İngiltərə “Liverpul”u İtaliyada “İnter”i, “Çelsi” (İngiltərə) isə evdə “Lill”i (Fransa) məğlub edib. “Bavariya” klubu Avstriyada “Zalsburq”la, “Yuventus” (İtaliya) da səfərdə “Vilyarreal”la (İspaniya) heç-heçə edib – 1:1.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
23 fevral

Atletiko (İspaniya) – Mançester Yunayted (İngiltərə) 1:1
Qol: J.Feliks, 7 – Elanqa, 80.

Benfika (Portuqaliya) – Ayaks (Niderland) 2:2
Qol: Haller, 26-öz qapısına. Yaremçuk, 72 – Tadiç, 18. Haller, 29.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"