1 oktyabr 2026. Cümə axşamı

Ayaks'ın yeni rekordçusu


Ayaks'ın yeni rekordçusu
Niderlandın “Ayaks” klubunun futbolçusu Deyli Blind UEFA Çempionlar Liqasında yeni rekordçu olub. Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi Çempionlar Liqasındakı oyun sayına görə “Ayaks”ın rekordçusu olub.
 
Blindin hesabında 43 oyun var. Niderlandlı futbolçudan əvvəl Çempionlar Liqasında oyun sayında lider “Ayaks”ın keçmiş hücumçusu Yari Litmanen idi.
 
“Ayaks” dünün Çempionlar Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində səfərdə “Benfika” ilə heç-heçə (2:2) edib.






Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”