1 oktyabr 2026. Cümə axşamı

Çempionlar Liqasının finalı Rusiyadan alındı - RƏSMİ


Çempionlar Liqasının finalı Rusiyadan alındı - RƏSMİ

UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.

Corner.az-ın "The New York Times" nəşrinə istinadən məlumatına görə, bu barədə Avropa futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Səbəb kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi göstərilib.

Oyun mayın 28-də Rusiyanın energetika nəhəngi, UEFA-nın iri sponsoru "Qazprom"un vəsaiti hesabına tikilmiş eyniadlı arenada deyil, "Stad de Frans"da təşkil olunacaq.

Beləliklə, Fransa 2006-cı ildən sonra ilk dəfə Avropanın ən nüfuzlu klub turnirinin finalına ev sahibliyi edəcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”