22 oktyabr 2024. Çərşənbə axşamı

Çempionlar Liqası: UEFA-dan türklərə təyinat


Çempionlar Liqası: UEFA-dan türklərə təyinat
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin daha 2 oyununa hakim təyinatlarını açıqlayıb.

Corner.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, aprelin 17-də “Manchester City” ilə “Tottenham” arasında keçiriləcək cavab matçı Cüneyt Çakıra tapşırılıb. İngilislərin duelində türkiyəli FİFA referisinə Bahattin Duran və Tarık Onqun köməklik edəcəklər. Görüşün 4-cü hakimi portuqaliyalı Artur Diaş olacaq. VAR (videotəkrar) sisteminə isə Massimiliano İrrati və Marko Quida nəzarə edəcək.

“Porto”- “Liverpool” oyununu isə hollandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Danni Makkeli, onun köməkçiləri isə Mario Diks və Hessel Steqstra olacaq. Dördüncü hakim funksiyasını Yunanıstan Futbol Federasiyasından Tasos Sidiropulos yerinə yetirəcək. VAR hakimləri isə Pol van Bukel və Yohem Kamphyuis olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. İlk oyunda “Tottenham” “
Manchester City”ni 1:0, “Liverpool” isə “Porto”nu 2:0 hesabı ilə məğlub edib.





Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"