25 mart 2026. Çərşənbə

ÇL matçından əvvəl 54 azarkeş ölkədən qovuldu


ÇL matçından əvvəl 54 azarkeş ölkədən qovuldu

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Juventus” “Ajax”la qarşılaşacaq.

Corner.az xəbər verir ki, qarşılaşmadan əvvəl Turin şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib. İtaliya polisi, 54 hollandiyalı azarkeşinin üzərində priotexniki vasitələr aşkar edildiyini açıqlayıb. Həmin azarkeşlərin tutulmadığı, ancaq ölkədən kənarlaşdırıldıqları bildirilib.

Komandalar arasında Hollandiyada baş tutan oyundan əvvəl Hollandiya polisi ilə italyalı azarkeşlər arasında qalmaqal yaşanmışdı. Buna görə də, yerli mühafizə işçiləri 120 italyalı azarkeşini həbs etmişdi.

Qeyd edək ki, “Juventus” – “Ajax” matçı bu gün, saat 23:00-da start götürəcək. 







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"