25 mart 2026. Çərşənbə

“Juventus” yoxsa “Real”?


“Juventus” yoxsa “Real”?

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Juventus”la qarşılaşacaq “Ajax”ın baş məşqçisi Erik ten Hag matçdan əvvəl açıqlama verib.

Corner.az  xəbər verir ki, 49 yaşlı mütəxəssis, Turin təmsilçisinin turnirin 1/8 final mərhələsində mübarizədən kənarlaşdırdıqları “Real”dan daha yaxşı komanda olduğunu deyib:

“Mövsümün əvvəlində heç kim bizim Çempionlar Liqasının 1/4  final mərhələsində oynayacağımızı gözləmirdi. Amma komandamız nəhənglərlə mübarizə aparacaq qədər irəlilədi. Biz özümüzə və yaxşı nəticələrə inanırıq. “Juventus”a qarşı da bu düşüncələrlə oynayacağıq. “Juventus” “Real”dan daha yaxşı, daha hazırlıqlı komandadır.İlk matçda yaxşı oyun göstərdik, bu dəfə də eyni işi görməliyik”.

Qeyd edək ki, “Juventus” – “Ajax” matçı bu gün, saat 23:00-da başlayacaq. (komanda)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"