25 mart 2026. Çərşənbə

“Hörmət edirik, amma qorxmuruq” - Emre


“Hörmət edirik, amma qorxmuruq” - Emre

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Ajax”ı qəbul edəcək “Juventus”un futbolçusu Emre Can açıqlama verib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu, Hollandiya təmsilçisi öz meydanlarında məğlub etməyə çalışacaqlarını deyib: “Çətin oyun olacağını bilirik. “Ajax”a hörmət edirik, amma onlardan qorxmuruq. Yarımfinala vəsiqə qazanmaq üçün 0:0 hesablı bərabərlik kifayət etsə də, meydana qələbə qazanmaq üçün çıxacağıq. Komandamızın nələri bacara biləcəyinin fərqindəyik”.

Almaniyalı futbolçu, baş məşqçisi Massimiliano Allegri haqqında da danışıb: “Allegri möhtəşəm məşqçidir. Detallar üzərində işləməyi sevir. A Seriyasını illərdir qazansa da, hər oyun onun üçün çox vacibdir. Heç vaxt qazandıqları ilə kifayətlənmir”.

Qeyd edək ki, “Juventus” – “Ajax” matçı bu gün, saat 23:00-da başlayacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"