11 may 2026. Bazar ertəsi

Mançester Siti – Sportinq oyunu türkə tapşırıldı


Mançester Siti – Sportinq oyunu türkə tapşırıldı
UEFA Çempionlar Liqasının 1/8 finalında keçiriləcək “Real” – PSJ cavab oyunu (ilk oyun – 0:1) üçün hakim təyinatları açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Niderlanddan olan Denni Makkelini idarə edəcək. Ona Hessel Steeqstra, Jan de Vrles köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Allard Lindhout yerinə yetirəcək.
 
“Mançester Siti” – “Sportinq” görüşü (ilk oyun – 5:0) isə türkiyəli referi Halil Mehlerə həvalə olunub. Mustafa Eylsoy, İbrahim Çağlar Uyarcan köməkçi hakimlər, Arda Kardeşlər dördüncü hakim olacaq.
 
Martın 9-da keçiriləcək hər iki oyun  Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.






Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"