1 fevral 2026. Bazar günü

Enfild'də İnter qazandı, Liverpul adladı


Enfild'də İnter qazandı, Liverpul adladı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb. Corner.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

“Liverpul” “Enfild”də “İnter”i qəbul edib. Bu komandalar arasında ilk görüşdə Mersisayd təmsilçisi  2:0 hesabı ilə qələbə qazanmışdı. Cavab qarşılaşmasında meydan sahiblərinin 1:0 məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə 1/4 finala yüksələn tərəf “Liverpu”l olub.

Gecənin digər matçında  “Bavariya” doğma meydanda “Zalsburq”u sınağa çəkib. Avstriya klubu ilk qarşılaşmadadan heç-heçə ilə ayrılmışdı. “Bavariya” cavab görüşündə rəqib qapısından 7 top keçirərək sürprizə imkan verməyib və 1/4 finala adlayıb.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 mart

Liverpul (İngiltərə) – İnter (İtaliya) 0:1
Qol: L.Martines, 62.
Baş hakim: Antonio Mateo Laos (İspaniya)
İlk oyun – 2:0

Bavariya (Almaniya) – Zalsburq (Avstriya) 7:1
Qol: Levandovski, 11-pen; 21-pen; 23. Qnabri, 31. Müller, 54; 83. Sane, 86 – Kyaerqaard, 70.
Baş hakim: Kleman Turpen (Fransa)
İlk oyun – 1:1







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”