14 avqust 2026. Cümə

Juventus Allegri ilə yolları ayırır?


Juventus Allegri ilə yolları ayırır?

Çempionlar Liqasının 1/4  final mərhələsinin cavab oyunları çərçivəsində “Ajax”a 1:2 hesabıyla uduzaraq, mübarizəni dayandıran “Juventus”un baş məşqçisi Massimiliano Allegri matçdan sonra açıqlama verib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, rəqibin qələbəyə layiq olduğunu bildirib: “Matçın çətin olacağını bilirdik.Oyun ərzində kifayət qədər səbrli oynaya bilmədik. Xüsusilə, ikinci hissədə qonaqlar çox yaxşı oynadı.Daha diqqətli olmalıydıq. Rəqib növbəti mərhələyə keçməyə layiq idi”.

51 yaşlı mütəxəssis, istefa verib-verməyəcəyi ilə bağlı da danışıb: “Prezidentə burda qalmaq istədiyimi bildirdim. Rəhbərliklə yenidən görüşümüz olacaq. Bundan sonra nələr olacağını görəcəyik”.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu