1 oktyabr 2026. Cümə axşamı

Mbappe İbrahimoviçi geridə qoydu


Mbappe İbrahimoviçi geridə qoydu

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe komandanın tarixində ən yaxşı bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib.

Corner.az-ın məlumatına görə, 23 yaşlı hücumçu buna İspaniyada "Real Madrid"ə qarşı keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

39-cu dəqiqədə rəqib qapısından top keçirən fransalı futbolçu Paris təmsilçisinin heyətində vurduğu qolların sayını 157-yə çatdırıb. Bu göstərici ilə PSJ-nin sabiq futbolçusu Zlatan İbrahimoviçi (156 qol) qabaqlayan Mbappe yalnız Edinson Kavanidən (200 qol) geri qalır.

Qeyd edək ki, "Real Madrid" - PSJ matçında meydan sahibləri qələbə qazanıb - 2:1.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”