1 fevral 2026. Bazar günü

Messi'dən son 15 ildə ilk dəfə ...


Messi'dən son 15 ildə ilk dəfə ...

Fransanın PSJ klububunun futbolçusu Lionel Messi son 15 ildə ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qol vurmayıb.

Corner.az-ın məlumatına görə, 34 yaşlı hücumçu son olaraq İspaniya "Real"a qarşı 1/8 final mərhələsinin oyunlarında fərqlənə bilməyib.

Evdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Paris təmsilçisi səfərdə Madriddə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Messi daha əvvəl 2007-ci ilin fevralında pley-off görüşlərində eyni uğursuzluğu yaşayıb. İngiltərə "Liverpul"u həmin vaxt İspaniya "Barselona"sını evdə 1:0, səfərdə 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, Lionel Messi PSJ-yə ötən ilin avqustunda "Barselona"dan keçib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”