1 fevral 2026. Bazar günü

PSJ-nin prezidenti oyundan sonra hakim otağına hücum etdi


PSJ-nin prezidenti oyundan sonra hakim otağına hücum etdi

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə məğlub olaraq UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündən sonra qalmaqal yaradıb.

Corner.az-ın "Marca"ya istinadən məlumatına görə, 48 yaşlı funksioner qarşılaşmanın ardından hakimlər otağına girməyə çalışıb.

Ərəb funksioner  "Santyaqo Bernabeu" stadionunda oyunu izlədikdən sonra paltardəyişmə otağına düşüb və əlinə keçən əşyaları sındırıb. Əl-Xəlaifi iradlarını bildirmək üçün hakimləri axtarmağa başlayıb. Nəticədə klub prezidenti səhvən "Real"ın nümayəndəsi Karlos Davilanın otağına daxil olur.

PSJ rəhbərini stadionun xidməti qurğusundan bir neçə nəfər çıxara bildiyi vurğulanıb.

Qeyd edək ki, "Real Madrid" cavab görüşündə 3:1 hesablı qələbə qazanıb və ilk oyunda minimal hesabla uduzduğu üçün 1/4 finala yüksəlib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”